Dünya Futbolu

“Galatasaray” cərimələnib

Bakı, 1 oktyabr, Tsport.az

UEFA Türkiyə təmsilçisi “Galatasaray”-ı cərimələyib.

Tsport.az xəbər verir ki, İstanbul klubu Almaniyanın “Eintracht Frankfurt” ilə Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi oyunda baş verən qayda pozuntularına görə ümumilikdə 68,250 avro ödəməli olacaq.

Cəzanın səbəbləri belədir: azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 18,000 avro, meydana müxtəlif əşyalar atıldığı üçün 35,250 avro, digər iğtişaşlara görə isə əlavə 15,000 avro cərimə tətbiq olunub.

Xatırladaq ki, həmin qarşılaşmada “Galatasaray” səfərdə “Eintracht Frankfurt”-a böyükhesablı məğlubiyyət alıb – 1:5.