Dünya Futbolu

“Galatasaray” futbolçularına böyük mükafat ayırıb

Bakı, 3 oktyabr, Tsport.az

İstanbul təmsilçisi “Galatasaray” UEFA Çempionlar Liqasındakı qələbədən sonra futbolçularını böyük məbləğlə mükafatlandıracaq.

Tsport.az xəbər verir ki, “sarı-qırmızılılar” evdə “Liverpool” üzərində qazanılan 1:0 hesablı qələbəyə görə ümumilikdə 1 milyon avro bonus ayırıb. Bu, UEFA-dan gələcək 2,1 milyon avroluq qələbə mükafatının yarısına bərabərdir.

Bununla yanaşı, klub rəhbərliyi Superliqanın 4 oktyabrda baş tutacaq “Beşiktaş” derbisində də futbolçulara eyni məbləğdə — 1 milyon avro əlavə mükafat vəd edib.