Galatasaray “Manchester City”nin qapıçısı Ederson üçün rəsmi təklif göndərib
Bakı, 16 avqust, tsport.az
Türkiyənin Galatasaray klubu, “Manchester City“nin braziliyalı qapıçısı Edersonu heyətinə qatmaq üçün İngiltərə təmsilçisinə rəsmi təklif yollayıb.
Tsport.az xəbər verir ki, “Sarı-qırmızılar” 31 yaşlı qolkiper üçün 10 milyon avro ödəməyə hazırdır.Qeyd edək ki, təcrübəli oyunçu 2017-ci ildən “şəhərlilər”in formasını geyinir.