“Galatasaray” Manuel Akanjini transfer edir
Bakı, 21 avqust , Tsport.az
“Galatasaray” “Manchester City” klubunun futbolçusu Manuel Akanjini transfer etmək üçün fəaliyyətə keçib.
Tsport.az xəbər verir ki, Türkiyə nəhəngi həm cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqelərində oynaya bilən futbolçunu heyətinə qatmaq istəyir.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, “Galatasaray” artıq Akanjinin transferi üçün “Manchester City” ilə danışıqlara başlayıb. Tərəflər razılığa yaxındır.