“Galatasaray” Mertensin yerini dolduracaq adı açıqlayıb
Bakı, 31 mart, Tsport.az
Mövsüm sonunda Dries Mertenslə yollarını ayırmağa hazırlaşan Galatasarayda gözlənilməz hadisə baş verib.
Tsport.az xəbər verir ki, sarı-qırmızılar, Manchester United (Msnçestır Yunayted)-in heyətində çıxış edən və liderlik bacarıqları ilə seçilən Christian Eriksenin transferini gündəmə gətirib.
Danimarkalı futbolçunun həm liderlik keyfiyyətləri, həm də Mertensin yerini doldura biləcək səviyyədə olması “Galatasaray”ın bu seçimi etməsinə səbəb kimi göstərilir.
Mövsüm sonunda “Manchester United”lə müqaviləsi başa çatacaq 32 yaşlı Eriksen bu mövsüm 27 rəsmi oyunda iştirak edib, 4 qol vurub, 4 məhsuldar ötürmə edib və ümumilikdə 1436 dəqiqə meydanda olub.
Tanınmış futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro təşkil edir.