“Galatasaray”, Musleradan sonra yeni qapıçısını
Bakı, 13 iyun , Tsport.az
Fernando Muslera ilə yollarını ayıran “Galatasaray“, qapıçı mövqeyində yeni dövrə hazırlaşır. Sarı-qırmızılılar, Premyer Liqada çıxış edən dünya ulduzu Emiliano Martinezi transfer siyahısının başına yerləşdirib.
Tsport.az xəbər verir ki, argentinalı qapıçı “Aston Villa“dan ayrılmağa hazırlaşır və “Galatasaray” onun transferi üçün danışıqlara başlayıb. İstanbul klubu Martinez üçün “Aston Villa” ilə birbaşa əlaqə saxlayaraq şərtlər barədə məlumat alıb.
Martinez, 2022 Dünya Kubokunu qazanan təcrübəli qapıçıdır və xəbərlərə görə, “Galatasaray”a keçidə müsbət yanaşır.