“Galatasaray” üçün 30 milyon avroluq təklif
Bakı, 9 avqust, Tsport.az
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu “Galatasaray“a Barış Alper Yılmaz üçün 30 milyon avro təklif edib.
Tsport.az xəbər verir ki, 25 yaşlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, B.Alper Yılmaz bu mövsüm meydana çıxdığı ilk oyunda 2 qol 1 asistlə yadda qalıb.