Dünya Futbolu

“Galatasaray” və “Beşiktaş” 359-cu dəfə üz-üzə gələcək

Bakı, 3 oktyabr, Tsport.az

“Galatasaray” və “Beşiktaş” tarixlərində 359-cu dəfə qarşılaşacaqlar.

Tsport.az xəbər verir ki, Taksim Stadionunda 22 avqust 1924-cü ildə baş tutan ilk görüşdə “Beşiktaş” 2:0 hesabı ilə qalib gəlmişdi. Bundan sonra keçirilən 358 matçın 128-i “Galatasaray”, 116-sı isə “Beşiktaş”ın üstünlüyü ilə yekunlaşıb. Qalan 114 oyun isə heç-heçə ilə başa çatıb.

Tarixi rəqabətdə “Galatasaray” 499 qol vurub, “Beşiktaş” isə 472 qol ilə cavab verib.

Qeyd edək ki, matç sabah, Bakı vaxtı ilə 21:00-da start götürəcək.