Dünya Futbolu

“Galatasaray” ən çox qol vuran komanda olub

Bakı, 9 oktyabr, Tsport.az

Galatasaray Süper Liqanın ilk 8 turunda ən çox qol vuran komanda olaraq diqqət çəkir.

Tsport.az xəbər verir ki, ilk 8 turda 20 qol vuran “Galatasaray” liqada ən çox qol atan komanda vəziyyətindədir. Komandanın ən məhsuldar futbolçusu Mauro Icardi olub və o, 5 qol vurub.

Icardi-dən sonra Barış Alper Yılmaz və Eren Elmalı liqada ən çox qol vuran yerli oyunçular olub; hər ikisinin 3 qolu var. Victor Osimhen və Yunus Akgün komandaya 2 qollə dəstək verib. İlkay Gündoğan, Leroy Sané, Lucas Torreira və Davinson Sánchez isə hər biri 1 qol vurub

Galatasaray-da qolların bölgüsü də diqqət çəkir: komandanın vurduğu 19 qolun 10-u əcnəbi, 9-u yerli futbolçular tərəfindən vurulub.