Dünya Futbolu

“Galatasaray”Akanji transferində sona yaxınlaşır

Bakı, 20 avqust  , Tsport.az

Galatasaray”ın, “Manchester City”nin müdafiəçisi Manuel Akanji ilə danışıqlarda son mərhələyə gəldiyi iddia edilib.

Tsport.az xəbər verir ki, Fabrizio Romanonun məlumatına görə, tərəflər 15 milyon funt-sterlinq qarşılığında razılığa gəlib, yalnız son detalların müzakirəsi qalıb. Sarı-qırmızılı klubun yaxın saatlarda futbolçuya rəsmi təklif göndərərək transferi bu həftə yekunlaşdırmağa çalışacağı bildirilir.

Lakin Akanji, Romanonun paylaşımına cavab yazaraq iddiaları təkzib edib: “Bununla bağlı heç nə bilmirəm.” Ardınca jurnalist paylaşımını silib.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi ötən mövsüm “Manchester City”forması ilə 40 oyuna çıxıb və 2 asist edib.

Aytac Mustafayeva