“Galatasaray”da bir dövrün sonu
Bakı, 6 may, Tsport.az
14 ildir “Galatasaray”ın (Qalatasaray) qapısını qoruyan Fernando Musleranın gələcəyi ilə bağlı son qərarı verdiyi iddia edilib.
Tsport.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq uruqvaylı qolkiper “Qalatasaray”dan ayrılmağa hazırlaşır.
Fernando Musleranın “Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Uzun müddətdir müqaviləsindəki 1 illik seçimlə bağlı qərarı gözlənilən uruqvaylı əlcəkçinin gələcəyi bəlli olub.