“Galatasaray”da Sallai qərarı!
Bakı, 16 iyun , Tsport.az
Okan Buruk, Macarıstanlı futbolçu Roland Sallainin sağ cinah müdafiəçisi mövqeyində qalıcı olmasına qərar verdi.
Tsport.az xəbər verir ki, son mövsümün son həftələrində sağ müdafiəyə keçid edən Sallai, sərgilədiyi oyunla baş məşqçinin etimadını qazandı. Okan Buruk, futbolçunun yeni mövsümdə də bu mövqedə forma geyinməsini planlaşdırır.
Ötən mövsümdə “Galatasaray” forması ilə 33 oyunda iştirak edən 28 yaşlı futbolçu, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.