Dünya Futbolu

“Galatasaray”da Victor Osimhen böhranı böyüyür!

Bakı, 16 iyul, Tsport.az

Yeni mövsüm hazırlıqlarını İstanbulda davam etdirən “Galatasaray“, transfer gündəminin bir nömrəli adı olan Victor Osimhen üçün “Napoli” ilə danışıqları davam etdirir. Klub, Nigeriyalı hücumçu ilə razılıq əldə etsə də, “Napoli” prezidenti Aurelio De Laurentiisin bitmək bilməyən tələbləri səbəbindən transferi hələ də rəsmiləşdirə bilməyib.

Tsport.az xəbər verir ki, “Galatasaray”, Osimhen üçün 40 milyon avro öncədən, 35 milyon avro hissə-hissə olmaqla 75 milyon avroluq təklif təqdim edib.

  • Klub, banka təminatı da göstərib, lakin “Napoli” tərəfi təminatın tam məbləği əhatə etməsini tələb edir.
  • Osimhen, “Napoli”nin yay hazırlıq kampına qatılmaqdan imtina edib və sağlıq arayışı göndərib.
  • “Napoli” isə futbolçuya “komanda ilə olmasan da, fərdi məşqləri bizimlə et” mesajı göndərib.
  • Bəzi Galatasaray rəhbərləri: “Osimhen üçün çox çalışdıq, bu saatdan sonra vaz keçsək azarkeşlərdən reaksiya alarıq” deyirlər.
  • Digər rəhbərlər isə: “Limitlərimizi zorladıq, digər transferlərdə gecikirik. Masadan qalxıb başqa oyunçulara fokuslanaq” fikrini irəli sürürlər.

Transferlə bağlı son sözü “Galatasaray” prezidenti Dursun Özbek deyəcək.

  • Keçən mövsüm Galatasaray forması ilə 41 oyunda iştirak edib.
  • 37 qol vurub, 8 asist edib.