“Galatasaray”ı 6 çətin oyun gözləyir
Bakı, 7 oktyabr, Tsport.az
“Galatasaray” noyabrda keçiriləcək milli komandalar fasiləsinə qədər 6 vacib qarşılaşmada meydana çıxacaq.
Tsport.az xəbər verir ki, Superliqada zirvə uğrunda rəqabət apardığı “Göztepe” və “Trabzonspor”la qarşılaşacaq komanda, UEFA Çempionlar Liqasında isə “Bodo/Glimt” və “Ajax”la üz-üzə gələcək.
Komanda Avropa arenasında mövsümə “Eintracht Frankfurt” məğlubiyyəti ilə başlasa da, sonradan “Liverpool” üzərində qələbə qazanaraq iddiasını ortaya qoyub.
İstanbul təmsilçisi 18 oktyabrda “Başakşehir”lə oyundan sonra “Bodo/Glimt”i qəbul edəcək. Ardınca komanda “Göztepe” və “Trabzonspor”u Rams Parkda sınağa çəkəcək.
Daha sonra “Galatasaray” Hollandiyada “Ajax”la qarşılaşacaq, noyabrın 9-da isə “Kocaelispor”la bu ağır seriyanı tamamlayacaq.
Qeyd edək ki, Okan Burukun rəhbərliyi altında “Galatasaray” bu mövsüm 10 rəsmi matçda 7 qələbə və 1 heç-heçə ilə Superliqada lider mövqeyini qoruyur.