Dünya Futbolu

“Galatasaray”ın futbolçusunun gələcəyi naməlumluğunu qoruyur

Bakı, 2 may, Tsport.az

“Bavariya”nın ulduz futbolçusu Leroy Sané, mövsümün sonunda başa çatacaq müqaviləsini hələ də uzatmayıb.

Tsport.az xəbər verir ki, “Galatasaray” 29 yaşlı almaniyalı oyunçunu heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi Sané ilə artıq ilkin danışıqlara başlayıb və planlara uyğun halda, tərəflər arasında 2028-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalanması gözlənilir.

Sané cari mövsüm ərzində bütün turnirlərdə 42 oyunda forma geyinib, 12 qol və 5 assistlə yadda qalıb.