“Galatasaray”ın ilk vidalaşacağı futbolçu bəlli oldu
Bakı, 19 mart, Tsport.az
“Galatasaray” , 2024/25 mövsümünün sonunda yollarını ayracağı ilk futbolçusunu açıqlayıb.
Tsport.az xəbər verir ki, bu, 31 yaşlı yarımmüdafiəçi Kerem Demirbay olacaq. Bu mövsüm çox az oyun şansı tapan Demirbay-a azad agent statusu veriləcək. Onun “Cim Bom”la müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Almaniyada doğulan Kerem Demirbay, karyerası boyunca yalnız Almaniya klublarında oynayıb və 2023-cü ildə “Galatasaray”a transfer olunub.