Gasperini İvan Yuric əvəzləyib
Bakı, 6 iyun , Tsport.az
İtaliyanın “Atalanta” klubu Gian Piero Gasperini ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçisini açıqlayıb. Klub xorvatiyalı mütəxəssis Ivan Juric ilə 30 iyun 2027-ci il tarixinədək müqavilə imzaladığını elan edib.
Tsport.az xəbər verir ki, Juric daha əvvəl “Mantova”, “Crotone”, “Genoa”, “Hellas Verona”, “Torino” və “Roma” klublarında çalışıb, son olaraq isə “Southampton” komandasının baş məşqçisi olub.
Gasperini rəhbərliyi altında “Atalanta” 2023-2024-cü il mövsümündə UEFA Avropa Liqası çempionu olub və A Seriyasını 74 xalla 3-cü pillədə tamamlayaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.