Dünya Futbolu

Gecənin nəticələri: “Galatasaray” doğma meydanda qələbə qazanıb

Bakı, 1 oktyabr, Tsport.az

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun ilk oyunları keçirilib.

Tsport.az xəbər verir ki, günün ən böyük sürprizlərindən biri İstanbuldakı qarşılaşmada qeydə alınıb – “Galatasaray” doğma azarkeşləri önündə “Liverpool”-u minimal hesabla məğlub edib. Digər tərəfdən, Qazaxıstan təmsilçisi “Kairat” isə güclü rəqibinə qarşı heç bir şans qazanmayıb və “Real Madrid”dən 5 cavabsız qol buraxıb.

İspaniya təmsilçilərindən “Atlético Madrid” də azarkeşlərini sevindirib – Madrid klubu evdə “Eintracht Frankfurt”-u darmadağın edib.

Oyunların nəticələri:

Kairat (Qazaxıstan) – Real Madrid (İspaniya) 0:5

Galatasaray (Türkiyə) – Liverpool (İngiltərə) 1:0

Atlético Madrid (İspaniya) – Eintracht Frankfurt (Almaniya) 5:1

Bodø/Glimt (Norveç) – Tottenham (İngiltərə) 2:2

Chelsea (İngiltərə) – Benfica (Portuqaliya) 1:0

Atalanta (İtaliya) – Club Brugge (Belçika) 2:1

Inter (İtaliya) – Slavia Praha (Çexiya) 3:0

Marseille (Fransa) – Ajax (Niderland) 4:0

Pafos (Kipr) – Bayern München (Almaniya) 1:5

Qeyd edək ki, turun qalan qarşılaşmaları bu gün oynanılacaq.