“Göztepe” 100-cü ildönümündə uğura imza atıb
Bakı, 4 aprel, Tsport.az
Süper Liqada 8 oyundur qalib gələ bilməyən “Göztepe”, quruluşunun 100-cü ilində Ziraat Türkiyə Kubokunda tarixi bir qələbə qazanaraq yarı finala adını yazdırıb.
Tsport.az xəbər verir ki, dörddəbir finalda İstanbulda “Beşiktaş”a qonaq olan sarı-qırmızı komanda, 1-0 geridə olduqları oyunda rəqibini Braziliyalı ulduzları Romulonun 3 qolu ilə 3-1 məğlub edərək, 49 il sonra yarı finala yüksəldi.
Göztepe, Türkiyə Kubokunu əvvəlcə 1969 və 1970-ci illərdə ardıcıl olaraq 2 dəfə qazanıb və sonuncu dəfə 1975-76 mövsümündə yarı finalda mübarizə aparıb. İzmir təmsilçisi, yarım əsrdən sonra kubokda son 4 komanda arasında qalaraq həm kubok, həm də Avropa hədəfini davam etdirir.