Digər

Gənc cüdoçularımız Nimburqda düşərgədə

Bakı, 8 iyul , Tsport.az 

Milli komandamız Çexiyanın Nimburk şəhərində təşkil olunan beynəlxalq təlim-mə­şq düşərgəsinə qatılıb.

Tsport.az xəbər verir ki, topla­nış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutub. Yığmamıza qadınlardan ibarət əsas komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edirlər.

Toplanış 3 gün davam edəcək və gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.