Hər kəs “Talisca” deyərkən, Volkan Demirel tamam başqa bir ad çəkdi: “Bu komandanın heyətində olmalıdır”
Bakı, 8 aprel, Tsport.az
Volkan Demirel, “Fenerbahçe”nin “Trabzonspor”u 4-1 hesabı ilə məğlub etdiyi oyunu dəyərləndirib. Demirel,hat-trick edərək matçın qəhrəmanı sayılan Taliscanın əvəzinə başqa bir futbolçunu ön plana çıxarıb.
Tsport.az xəbər verir ki, “Fenerbahçe”nin “Trabzonspor”u 4-1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı Volkan Demirel Asist Analiz YouTube kanalında təhlil edib. Demirel, sarı-lacivərdilərdə bir futbolçuya “görünməyən qəhrəman” deyib. Onun açıqlamaları belə olub:
“Trabzonspor matçının görünməyən qəhrəmanı Osayidir. Hər kəs hesab tablosuna baxır, amma məncə Osayi matçın qırılma anında meydanda idi, həm də performans baxımından önə çıxırdı. Osayi bu vəziyyətdədirsə, artıq ‘Bu uşaq niyə oynamır?’ sualını verməyə başlayırıq. Məncə, Osayi bu komandada oynamalıdır.
Fiziki baxımdan dağınıq bir oyunçudur, amma Maximin də dağınıq bir oyunçudur. Nə zaman nə edəcəyi bilinmir. Birdən-birə elə bir şey edir ki, məsələn, Taliscaya çıxardığı top kimi… Bəlkə də ora çıxarmaq istəmədi, amma iki dəfə tərpəndi, topu buraxdı və Taliscanın önünə gəldi.
Performans nəticəyə təsir etmirsə, sənə ardıcıl 3 matç uduzdurmursa, bu oyunçuları oynatmalısan. Çünki onlar daha sürətlidirlər və hesabda fərq yarada bilirlər. Ona görə də Osayinin penalti epizodu – o da cərimə xətti üzərində idi, bunu da dərhal qeyd edək. Penalti epizodundan sonra “Fenerbahçe”rəqibin cərimə meydanına say üstünlüyü ilə yerləşdi…”
Aytac Mustafayeva