Hakan Çalhanoğlu “Galatasaray”a keçid ehtimalına aydınlıq gətirdi
Bakı, 30 mart, Tsport.az
“İnter”in türk futbolçusu Hakan Çalhanoğlu son günlər “Galatasaray”a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Tsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə mətbuatına verdiyi açıqlamada hazırda Milan klubunda qalmaq istədiyini vurğulasa da, gələcəkdə İstanbul təmsilçisində oynamağın onun üçün bir şərəf olacağını deyib:
“İnter”də çox xoşbəxtəm. Gələcəkdə nə baş verəcəyini bilmirik. Amma bir gün “Galatasaray” forması geyinmək mənim üçün qürurverici olar.”
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir və klubla olan müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.