Dünya Futbolu

Hakan Çalhanoğlu ilkə imza atıb

Bakı, 7 may, Tsport.az

Çempionlar Liqası yarı finalında Barcelona”nı keçərək finala yüksələn İnter, azarkeşləri qarşısında yadda qalan bir axşam yaşadı.

Tsport.az xəbər verir ki, bu qarşılaşmada türk əsilli futbolçu Hakan Çalhanoğlu fərqlənməyi bacarıb. Çalhanoğlu, komandasının ikinci qoluna penalti zərbəsi ilə imza atıb.

31 yaşlı futbolçu, bu qələbə ilə yanaşı, həm də Çempionlar Liqasında finala yüksələn ilk türk oyunçusu olaraq tarixə düşüb. A Milli Futbol Komandasının kapitanı, bu uğuru əldə edərək Çempionlar Liqasında ikinci dəfə finala çıxan ilk türk futbolçusu olub.

Həmçinin Hakan Çalhanoğlu, Cüneyt Tanman və Arda Turan’dan sonra Avropanın ən nüfuzlu turnirində yarı finalda qol vuran üçüncü türk futbolçusu siyahısında da yer alıb.

Bu qələbə ilə Hakan Çalhanoğlu, Çempionlar Liqasındakı karyerasının 11-ci qolunu da qeyd etdi.