Dünya Futbolu

Hakan Çalhanoğlu transferində son durum

Bakı, 13 iyul , Tsport.az 

İtalyan mətbuatı “La Gazzetta dello Sport” Hakan Çalhanoğlu ilə bağlı son məlumatları yayıb. Xəbərə görə, “Galatasaray” hazırda “Napoli” ilə Victor Osimhen transferi üçün danışıqları davam etdirir. Bu səbəbdən Hakan Çalhanoğlu üçün hələlik konkret addım atılmayıb.

Tsport.az xəbər verir ki, klubun transfer büdcəsində nə qədər qaldığı bilinmədiyi üçün orta sahə transferi gündəmdə olsa da, bu mövzu üzərində ciddi iş aparılmır. Inter isə 25-30 milyon avro aralığında bir qiymət müəyyənləşdirib və gözləmə mövqeyindədir.

Inter, Hakan Çalhanoğlunun komandadan ayrılacağı təqdirdə onun yerinə gələcək futbolçunu da müəyyən edib. “Milan” təmsilçisi “Bayer Leverkusen” klubundan Granit Xhakanı transfer etməyi planlaşdırır. Digər alternativ isə “Atalanta”da çıxış edən Edersondur. Lakin bu transferin maliyyəti yüksək olduğu üçün çətin hesab olunur.

Hazırda “Galatasaray” heyətinə Leroy Saneni qatıb və orta sahəyə yeni bir transferin gündəmdə olduğu bildirilir. İddialara görə, Hakan Çalhanoğlu ilə yanaşı “Manchester City” futbolçusu İlkay Gündoğan da sarı-qırmızılıların maraq dairəsindədir.