Hamidu Keyta “Araz-Naxçıvan”da
Bakı, 1 iyul , Tsport.az
Tanınmış yarımmüdafiəçi Hamidu Keyta Azərbaycan Premyer Liqasına qayıdıb. Daha əvvəl “Zirə” və “Qarabağ” klublarında çıxış etmiş fransalı futbolçu bu dəfə “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Tsport.az xəbər verir ki, Keyta ilə 2026-cı ilin may ayına qədər müqavilə imzalanıb. O, son mövsümü Türkiyənin “Konyaspor” komandasında keçirib.
Keyta karyerası ərzində Fransa, Rumıniya və Portuqaliya klublarında da oynayıb.
“Araz-Naxçıvan” yay transfer dönəmində heyətində ciddi dəyişikliklər edib. Klub bir çox futbolçu ilə müqaviləni uzadıb və yeni transferlər reallaşdırıb.
Müqaviləsi yenilənən oyunçular:
İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado, Nuno Rodrigues
Yeni transferlər:
Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Çance Simakala Ba-Muakanı, Hamidu Keyta
Yollarını ayırdıqları:
Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias, Miço Kuzmanoviç