Dünya Futbolu

Hansi Flick “Barcelona” ilə müqaviləsini uzadır

Bakı, 13 may, Tsport.az

“Barcelona”nın baş məşqçisi Hansi Flick klubla olan müqaviləsini uzatmağa hazırlaşır.

Tsüport.az xəbər verir ki, alman mütəxəssis 2027-ci ilə qədər yeni sözləşmə imzalayacaq. Müqavilənin rəsmi şəkildə mövsümün sonunda elan olunacağı gözlənilir.

Hazırda Flick ilə Kataloniya klubu arasında qüvvədə olan müqavilə 2026-cı ilin ortalarınadək qüvvədədir. Lakin klub rəhbərliyi alman məşqçiyə etimad göstərərək əməkdaşlığı daha bir il uzatmaq niyyətindədir.