Dünya Futbolu

Erling Haaland “Manchetser City”dən ayrıla bilər

Bakı, 18 mart, Tsport.az

Manchetser City (Mançester Siti)-nin hücumçusu Erling Haaland komandadan ayrıla bilər.

Tsport.az xəbər verir ki, əgər “şəhərlilər” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, norveçli futbolçu klubdan getməyi düşünür. Haalandın karyerasını “Real Madrid” və ya “PSG“-də davam etdirə biləcəyi ehtimal edilir.

2022-ci il iyulun 1-dən “Manchetser City”də oynayan ulduz futbolçunun klubla müqaviləsi 2034-cü ilin iyununa qədər davam edir. Bu mövsüm ərzində 38 oyun keçirən Haaland 29 qol vurub və 4 məhsuldar ötürmə edib.