Dünya Futbolu

Harri Keyn İngiltərəni xilas edə bilər

Bakı, 14 oktyabr, Tsport.az

İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində Latviya ilə səfər oyununa hazırlaşır.

Tsport.az xəbər verir ki, bu qarşılaşmada komandaya yenidən Harri Keyn rəhbərlik edəcək.

“Bayern Münhen”in ulduz hücumçusu son 10 oyunda 18 qol vurub və Olli Uotkinsin zədələnməsi səbəbilə əsas ümid yenə ona bağlanıb.

İngiltərə yığması Latviya üzərində qələbə qazandığı halda ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya avtomatik vəsiqə qazanacaq.