Harry Kane ilk böyük titulunu qazandı!
Bakı, 5 may , Tsport.az
Harry Kane, 2024/2025 mövsümündə “Bayern Münhen”lə Bundesliga çempionluğunu qazanaraq, karyerasındakı ilk böyük kuboka sahib olub.
Tsport.az xəbər verir ki , artıq “demək olar ki, çempion” damğasını arxada qoyan Harry Kane nəhayət ki, ilk böyük komanda tituluna qovuşdu. “Bayern Münhen “tarixində 33-cü dəfə Bundesliga çempionu oldu və bu titul Kanein uzun illər gözlədiyi uğurun simvoluna çevrildi.
Kanein titul qıtlığı illərlə onun karyerasına kölgə salmışdı. İngiltərə yığması ilə iki dəfə UEFA Avropa Çempionatının finalında (2021 və 2024), Tottenham Hotspur ilə isə üç finalda bir dəfə UEFA Çempionlar Liqasında, iki dəfə isə Carabao Kubokunda məğlub olmuşdu.
Hətta ötən mövsüm belə, titullu komanda hesab edilən “Bayern Münhen”lə belə Kane kuboksuz qalmışdı. Komandadakı ilk oyunu olan Superkubok matçında” Leipzig”ə uduzmuşdu, ardından isə həm Çempionlar Liqası, həm də DFB Kubokunda uğursuz nəticələr və Bundesliqada 3-cü yer Kane üçün məyusedici olmuşdu.
Lakin bu mövsüm Kanein “Bayern”ə verdiyi töhfə həlledici olub. İngiltərə tarixinin ən məhsuldar futbolçusu bu mövsüm 24 qolla Bundesliganın ən yaxşı bombardiri mövqeyindədir.
Daha çox uğur da yaxın görünür. Kane ardıcıl ikinci dəfə Bundesliga bombardiri adını qazana bilər. Ötən mövsüm Bundesligada 36 qol vurmuşdu. Bundan əlavə, qeyd edək ki , o, iyun ayında ABŞ-də keçiriləcək ilk FIFA Klublararası Dünya Çempionatında Bayernin aparıcı hücumçusu olacaq.
Harry Kane, 17 mayda “Hoffenheim”ə qarşı son tur oyununda rəsmi olaraq Bundesliga kubokunu əldə edəcək. Ondan əvvəl isə “Bayern Münhen”, növbəti həftə “Borussia Mönchengladbach”ı qəbul edəcək və Kane bu oyunda da qol sayını artırmaq şansı əldə edəcək.
31 yaşlı hücumçu, Almaniyanın ən yüksək liqasında çempionluq qazanan beşinci ingilis futbolçu olub. Ondan əvvəl bunu Kevin Keegan, Owen Hargreaves, Omar Richards və hazırda Bayerndə onun komanda yoldaşı olan Eric Dier bacarıb.
Aytac Mustafayeva