-->
Dünya Futbolu

Harry Kane İngiltərə yığmasında yeni rekorda imza atıb

Bakı, 22 mart, Tsport.az

İngiltərə millisinin ulduz hücumçusu Harry Kane yığmadakı qol rekordunu yeniləyib.

Tsport.az xəbər verir ki, 31 yaşlı futbolçu, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Albaniyaya qol vuraraq, ümumi qol sayını 70-ə çatdırıb. Bununla da Kane, İngiltərə millisində ən çox qol vuran futbolçu statusunu daha da möhkəmləndirib.

Onun ən yaxın izləyicisi isə 53 qolla Ueyn Runidir.