Dünya Futbolu

Harry Maguire “Manchester United”dən ayrıla bilər

Bakı, 17 oktyabr, Tsport.az

“Manchester United”-in müdafiəçisi Harry Maguire mövsüm sonunda klubdan ayrılmağa yaxındır.

Tsport.az xəbər verir ki, 32 yaşlı futbolçu əsas heyətdə çıxış etsə də, rəhbərlik gələn yay yaxşı təklif olarsa, onu satmağa açıqdır.

Maguire-in “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.