Azərbaycan FutboluMüsahibə

“Hesabda geri düşsək də, oyundan qopmadıq”- Cəlal Hüseynov

Bakı, 12 iyun , Tsport.az 

Bu sözləri millimizin və “Şamaxı”nın üzvü Calal Hüseynov  deyib. Gənc futbolçu Azərbaycan 1-2 Macarıstan matçından sonra fikirlərini bizimlə bölüşüb:

-Mənim fikrimcə , oyun yaxşı oynanıldı. Güclü rəqibə qarşı oynayırdıq və çalışırdıq ki, maksimum nəticə göstərək. Hesabda geri düşməyimizə baxmayaraq sonra bərabərləşdirdik. Yenə də hesabda geri düşdük amma oyundan qopmadıq. Sonuna qədər oynamağa dəvam etdik. Ümumi götürsək məncə oyun yaxşı oynanıldı. 

-Uzunmüddətdən sonra dəvət aldığınız millidə öz çıxışınızı bəyəndinizmi? 

-Bəyənib-bəyənmədiyimi deməzdim çünki, bu məşqçinin,azərkeşlərin və sizin yəni, medianın şəxsi fikiridir. Amma ümumi götürsək daha yaxşı çıxış edə bilərdim.

-Artıq  bir ildir ki, millimiz  qələbə qazana bilmir və bu gün idi ki, uzun müddətdən sonra qol vura bildi. Bu statistikalar futbolçuları nə qədər narahat edir?

-Əlbəttə ki ,istər-istəməz  narahat edir. Amma çalışırıq ki, hər oyuna çıxanda daha yaxşı olaq və daha yaxşı oynuyaq. Qələbə qazanaq və  azərkeşlərimizi sevindirək. Bu oyunda da qələbə üçün çıxmışdıq, keçən oyunda da qələbə üçün çıxmışdıq. Keçən oyunda qələbəyə yaxın idik sadəcə şanslarımızı istifadə edə bilmədik. Məncə bu oyun da  ən azı qələbəyə layiq idi. 

-“Şamaxı” klubu ilə müqaviləni bitirdiniz.cÖz klubunuza yenidən qayıdacaqsız?

-Mən dediyim kimi  6 aylıq Şamaxı klubuna icarəyə gəlmişdim artıq müqaviləmin vaxtı bitib . Bəli, öz klubuma “Arda”ya qayıdacağam. Yenidən oynuyacağıq ,hazırlaşacağıq.

-Təklif olarsa “Şamaxı” klubuna geri qayıtmaq isdəyərsiniz? Yoxsa “Arda”da dəvam etməyi düşünürsüz? 

-Xeyr, əlbəttə ki, “Arda”da dəvam etməyi düşünürəm. Əgər ,bir şansım varsa, oda”Arda”da qalmaq orada dəvam etmək istəyirəm.

Aytac Mustafayeva