“Heydər Əliyev Kuboku”nun qalibi məlum oldu
Bakı, 1 iyul , Tsport.az
Naxçıvan Muxtar Respublikasında dövlət qurumları arasında keçirilən “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri başa çatıb.
Tsport.az xəbər verir ki, final və üçüncülük qarşılaşmaları iyunun 30-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib.
3-cü yer:
Dövlət Vergi Xidmətinin komandası Mədəniyyət Nazirliyi üzərində 5:4 hesablı qələbə ilə bürünc medal qazanıb.
Final:
Təhsil və Ədliyyə nazirliklərinin komandaları qarşılaşıb. Oyunda 1:1 hesabı qeydə alınıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Ədliyyə Nazirliyi üstün gələrək turnirin çempionu olub.
Mükafatları iştirakçılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin müavini Məcid Seyidov, Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov təqdim ediblər.
Fərqlənmiş oyunçular:
Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev, Abbas Məmmədov
Qalib komanda kubok, digər mükafatçılar isə diplom və medallarla təltif olunublar.