Hidayət Heydərov Avropanın ən yaxşısı seçilib
Bakı, 26 aprel, Tsport.az
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı çərçivəsində təşkil olunan qala gecəsində 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb.
Olimpiya çempionu Hidayət Heydərov “İlin ən yaxşı kişi cüdoçusu” adına layiq görülüb. Mükafatı ona Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.
Bununla yanaşı, Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman da “İlin ən yaxşı kişi məşqçisi” seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.
Qeyd edək ki, Hidayət Heydərov və Riçard Trautman bu ilin fevralında Parisdə keçirilən tədbirdə də dünya üzrə ilin ən yaxşıları seçilmişdilər.