Hidayət Heydərov Avropa çempionatını buraxır
Bakı, 22 aprel, Tsport.az
Monteneqroda keçiriləcək Avropa Cüdo Çempionatı öncəsi Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Tsport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası rəsmi olaraq məlumat yayıb ki, -73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov xəstəlik səbəbindən yarışdan kənarda qalacaq.
Olimpiya oyunlarının medalçısı, dünya və dördqat Avropa çempionu olan Heydərovun yoxluğunu bu çəkidə Rəşid Məmmədəliyev dolduracaq.
Federasiya Hidayətə tezliklə sağalmağı və tatamiyə daha güclü qayıtmağı arzulayıb. Eyni zamanda milli komandamıza qarşıdan gələn çempionatda uğurlar dilənib.
Qeyd edək ki, 23–27 aprel tarixlərində baş tutacaq Avropa çempionatında Azərbaycanı 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.