Dünya Futbolu

Hugo Almeida yenidən Türkiyədə baş məşqçi olaraq gəlib

Bakı, 24 avqust  , Tsport.az

TRENDYOL 1. LİQA komandalarından ATAKAŞ HATAYSPOR, baş məşqçi vəzifəsinə Hugo Almeidanı gətirib.

Klubdan bildirilib: “Komandamızın baş məşqçi vəzifəsinə Hugo Miguel Pereira de Almeida təyin olunmuşdur. Hocamıza xoş gəlmisiniz deyir və yeni işində uğurlar arzulayırıq.”

Atakaş Hatayspor, 18 avqustda baş məşqçi Murat Şahin ilə yollarını ayırmışdı.

Keçən mövsüm Sipay Bodrum FK-da köməkçi məşqçi kimi çalışan Portuqaliyalı mütəxəssis, son olaraq BƏƏ klublarından Al-Wahdada çalışıb.

2011-2014-cü illərdə Beşiktaş formasını geyinən Hugo Almeida, komandada 1 dəfə Türkiyə Kubokunu qazanıb.