Dünya Futbolu

“Hull City” Ruben Selleslə yollarını ayırdı

Bakı, 16 may, Tsport.az

İngiltərə Çempionşip təmsilçisi “Hull City”, baş məşqçi Ruben Sellesin klubdan ayrıldığını rəsmi şəkildə açıqlayıb.

Tsport.az xəbər verir ki, 41 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ilin dekabr ayında komandaya təyin olunmuşdu. Hull City 2024/25 mövsümünün son turunda heç-heçə nəticəsi əldə edərək, top fərqi sayəsində Luton Townu qabaqlayıb və Çempionşipdə qalmağı bacarıb.

Klubun sahibkarı tanınmış türkiyəli iş adamı Acun Ilıcalıdır. Sellesin yerinə kimin gətiriləcəyi yaxın günlərdə açıqlanacaq.