I Liqada V turun oyun cədvəli açıqlandı
Bakı, 6 oktyabr, Tsport.az
Peşəkar Futbol Liqası (PFL) I Liqada V turun oyun cədvəlini elan edib.
Tsport.az xəbər verir ki, qarşılaşmalar 15–17 oktyabr tarixlərini əhatə edəcək. Turun bütün oyunları PFL-in I Liqa / II Liqa adlı rəsmi YouTube kanalında canlı yayımlanacaq.
15 oktyabr (çərşənbə)
Səbail – Zaqatala
ASCO Arena, saat 16:00
16 oktyabr (cümə axşamı)
MOİK – Cəbrayıl
Binə qəsəbə stadionu, saat 14:30
Mingəçevir – Şimal
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), saat 14:30
Difai – Şahdağ Qusar
Ağsu şəhər stadionu, saat 14:30
17 oktyabr (cümə)
Baku Sportinq – Şəfa
Buzovna qəsəbə stadionu, saat 14:30