Ibrahima Konate Fransa millisinin heyətindən çıxarılıb
Bakı, 11 oktyabr, Tsport.az
“Liverpool”un müdafiəçisi Ibrahima Konate Fransa millisinin heyətindən çıxarılıb.
Tsport.az xəbər verir ki, futbolçu “Chelsea” ilə oyunda aldığı bud əzələsi zədəsi səbəbindən komandanın İslandiya ilə keçirəcəyi DÇ-2026 seçmə mərhələsinin oyununa qatılmayacaq.
Konate, Fransa yığmasının Azərbaycan üzərində qazandığı qələbədə isə ehtiyat oyunçular skamyasında yer alıb.