Ibrahima Konaté “Liverpool”-da qalmaq istəmir – hədəf “Real Madrid”
Bakı, 10 iyul, Tsport.az
Fransalı müdafiəçi Ibrahima Konaté, “Liverpool” ilə olan müqaviləsini yeniləmək niyyətində deyil.
Tsport.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın nüfuzlu nəşrlərindən olan AS yayıb.
26 yaşlı futbolçunun əsas məqsədi gələn yay “Real Madrid” klubuna keçməkdir. Mənbənin iddiasına görə, bu plan artıq həm oyunçunun özü, həm də hər iki klub tərəfindən məlumdur.
Mümkündür ki, Madrid nəhəngi Konateni daha tez – elə bu yay transfer etməyə çalışsın. Lakin bu hal baş verərsə, David Alaba ilə yolların ayrılması vacib şərt kimi önə çıxır.
Qeyd edək ki, Konaté 2021-ci ilin yayında “RB Leipzig” klubundan “Liverpool”a transfer olunub. Transfermarkt portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 60 milyon avrodur.