Digər

İdman dünyasından İsrailə etiraz

Bakı, 10 oktyabr, Tsport.az

İsrailin Qəzzəyə hücumlarının iki ildən sonra atəşkəslə nəticələnməsinə baxmayaraq, idman aləmində Filistinlə həmrəylik hələ də davam edir.

Tsport.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində klublar, tanınmış idmançılar və azarkeş qrupları, Qəzzədə baş verənləri qınayaraq İsrailə etirazlarını ifadə ediblər.

Xüsusilə Şotlandiyanın “Celtic” azarkeşlərinin və son dönəmlərdə İspaniya klublarının Filistinə dəstəyi böyük diqqət çəkib.

Bəzi idmançılar bu səbəbdən klublarından ayrılmaq məcburiyyətində qalıb, azarkeş qruplarına isə cəzalar verilib. Buna baxmayaraq, Filistinə dəstək və ədalət çağırışları səngimir və idman ictimaiyyəti zülmə qarşı səsini ucaldır.