Dünya Futbolu

Igor Tudordan Kenan Yıldıza böyük təriflər

Bakı, 13 iyun , Tsport.az 

Juventus“un baş məşqçisi İgor Tudor, komandanın gənc futbolçusu Kenan Yıldız haqqında yüksək fikirlər səsləndirib.

Tsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis, Kenanın nadir tapılan bir oyunçu olduğunu vurğulayıb.

“O, fərq yaradan futbolçulardan biridir. Azarkeşlərin sevdiyi tipdə bir oyunçudur: həm qol vurur, həm də asist edir. Onun kimi oyunçuların sayı getdikcə azalır. 10 nömrə və 9 nömrə qarışımı bir futbolçudur. Qolu görür və komandanın yaxşı oynamasını təmin edir. Nadir tapılan bir istedaddır” – deyə Tudor bildirib.

Kenanın öz nəslindən fərqləndiyini vurğulayan Tudor, onun mentalitetinin xüsusi olduğunu qeyd edib: “Kənardan baxanda görə bilməyəcəyiniz bir xüsusiyyəti var: zehniyyəti. Həmişə diqqətlidir, hər məşqə və hər tapşırığa tam şəkildə qoşulur, qorxusuz və həvəsli bir şəxsiyyətə malikdir. Yeni nəsillərdə bu xüsusiyyətlər getdikcə azalır. Belə bir oyunçunu tapdığınızda, ona möhkəm sarılmalısınız”.

Kenan Yıldız, geridə qalan mövsümdə “Juventus” forması ilə 48 oyunda meydana çıxıb, 9 qol vurub və 7 asist edib.