Azərbaycan Futbolu

II Liqada mövsüm yekunlaşdı – tamaşaçı statistikası diqqət çəkir

Bakı, 16 iyun , Tsport.az 

2024/25 mövsümündə II Liqada ümumilikdə 31 min 930 tamaşaçı oyunları izləyib. Baş tutan 178 qarşılaşmada orta göstərici 179 olub.

Tsport.az xəbər verir ki, azarkeş marağına görə “Hypers Guba” liderdir. Komanda 13 oyununda ümumilikdə 7680 tamaşaçı toplayaraq ortalama 591 izləyici ilə zirvədə qərarlaşıb. “Şəfa” (orta 553 izləyici) və “Şəmkir” (orta 482 izləyici) də üçlükdə yer alıb. Ümumilikdə, yalnız dörd komanda orta tamaşaçı göstəricisini 100-dən yuxarı saxlaya bilib: “Hypers Guba”, “Şəfa”, “Şəmkir” və “Sheki City” (orta 221 izləyici).

Mövsümün ən çox izlənən oyunu “Şəfa” – “Şahdağ Qusar” qarşılaşması olub – 4500 nəfər tribunada yer alıb. Həmçinin “Hypers Guba” – “Şahdağ Qusar” (2000 tamaşaçı) və “Hypers Guba” – “Şimal” (1500 tamaşaçı) görüşləri də diqqətçəkənlər arasında olub.

Nəticələri ləğv olunan və keçirilməyən oyunlar tamaşaçı statistikalarına təsir göstərib. Mövsüm boyunca bəzi matçlar boş tribunalar qarşısında oynanılıb – “Sheki City” – “Qusar” matçı isə tamaşaçısız keçirilib.