Digər

III MDB Oyunları: Azərbaycan çövkən yığması turnirin qalibi oldu

Bakı, 7 oktyabr, Tsport.az

III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə final matçı baş tutub.

Tsport.az xəbər verir ki, Azərbaycan millisi Özbəkistana qalib gələrək (3:0) qızıl medal qazanıb.

Xatırladaq ki, dünən üçüncü yer uğrunda görüşdə Qırğızıstan yığması Qazaxıstana qalib gəlib (2:0) və turnirin bürünc medalına sahib çıxıb.

Bununla da çövkən yarışlarına yekun vurulmuşdu.