III MDB Oyunları: Azərbaycan ilk medallarını qazandı
Bakı, 27 sentyabr, Tsport.az
Azərbaycanın oğlanlardan və qızlardan ibarət stolüstü tennis üzrə yığmaları komanda yarışlarında gümüş medallar qazanıblar.
Tsport.az xəbər verir ki, final oyununda oğlanlardan ibarət komanda Rusiya yığmasına 0:2 hesabı ilə uduzub. Qızlardan ibarət komanda da Rusiya ilə qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. Hər iki komanda III MDB Oyunlarının gümüş medalçısı olub.
Qeyd edək ki, stolüstü tennis üzrə yarışlar III MDB Oyunlarında sentyabrın 29-da yekunlaşacaq.