III MDB Oyunları: Azərbaycan qılıncoynadanları yarışları 9 medalla başa vurub
Bakı, 7 oktyabr, Tsport.az
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.
Tsport.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.
Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.
Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib – 45:37.
Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.
Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.
Beləliklə, bu gün qılıncoynatma yarışlarına yekun vuruldu.