III MDB Oyunları: Azərbaycanın qızlardan ibarət voleybol millisi bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 5 oktyabr, Tsport.az
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
Tsport.az xəbər verir ki, Yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 3:2 hesabı ilə uduzub.
Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün uduzan tərəfi olacaq.
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-də yekun vurulacaq.