III MDB Oyunları: Azərbaycanlı üzgüçü gümüş medal qazandı
Bakı, 1 oktyabr, Tsport.az
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Tsport.az xəbər verir ki, bu gün keçirilən 800 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.
Rusiyalı Aleksandr Filipets qızıl, onun həmyerlisi Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.