Dünya Futbolu

III MDB Oyunları: Azərbaycan cüdoçuları bürünc medallar qazanıblar

Bakı, 4 oktyabr, Tsport.az

III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.

Tsport.az xəbər verir ki, Azərbaycanlı idmançı Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.

Bundan başqa, Fidan Cəlilli (70 kq) də turnirin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər dairəvi sistemlə keçirilib.