Digər

III MDB Oyunları: Azərbaycanın çövkən yığması finalda

Bakı, 4 oktyabr, Tsport.az

III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal matçı baş tutub.

Tsport.az xəbər verir ki, Azərbaycan millisi Qazaxıstana qalib gələrək (5:1) finala vəsiqə qazanıb.

Komandamızın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan – Özbəkistan oyunundan sonra bəlli olacaq.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.